Sep 13, 2019 13:31 Asia/Baku
  • Avropalılar Netanyahunun qərb sahili barədəki planını pisləyiblər

Fransa, Almaniya, İtaliya, İspaniya və İngiltərə dünən gecə birgə bəyanatda sionist rejimin baş naziri Benyamin Netanyahunun qərb sahilinin bəzi hissələrinin işğal olunmuş ərazilərə qatılması haqdakı vədini pisləyiblər.

Fransa, Almaniya, İtaliya, İspaniya və İngiltərə bu bəyanatda vurğulayıblar ki, Netanyahunun qərb sahili barədəki planı aşkar şəkildə beynəlxalq qanunları pozur.

Sionist rejimin baş naziri çərşənbə axşamı günü bildirdi ki, qarşıdakı parlament seçkilərində qalib gələcəyi halda, qərb sahilinin bəzi hissələrini işğal olunmuş ərazilərə qatmaq fikrindədir.

Benyamin Netanyahu əlavə etdi ki, İordan dərəsi bölgəsində sionist qəsəbələr salmaq üzrə mükəmməl layihəni bu rejimin parlamenti olan gələcək knessetə təqdim edəcəkdir.

İndiyədək bir çox ölkə və beynəlxalq təşkilat sionist rejimin baş nazirinin bu seçki vədini pisləyibdir.

 

 

 

Şərhlər