Sep 14, 2019 11:37 Asia/Baku
  • Ərəbistanın Aramko neft şirkətinə PUA hücumu edilib
    Ərəbistanın Aramko neft şirkətinə PUA hücumu edilib

Ərəbistanın daxili işlər nazirliyi bildirib ki, bu ölkənin şərqində yerləşən Aramko neft şirkətinin iki zavodu PUA hücumuna məruz qalıb.

Ərəbistanın daxili işlər nazirliyi bu gün bu xəbəri verərək, əlavə edib: Aramko neft şirkətinin "Bəqiq" və "Həcərə Xəris" məntəqələrindəki zavodlarında yanğın söndürülüb.

Bu nazirlik vurğulayıb ki, Aramko neft şirkətinin həmin iki zavodu PUA hücumuna məruz qalıb.

İnformasiya mənbələri bu gün səhər Aramko neft şirkətinin təsisatlarında partlayış və yanğından xəbər veriblər.

Teqlər

Şərhlər