Sep 15, 2019 07:28 Asia/Baku
  • Yəmənin PUA hücumu nəticəsində ərəbistanın neft hasilatı yarıya enib
    Yəmənin PUA hücumu nəticəsində ərəbistanın neft hasilatı yarıya enib

Ərəbistanın energetika naziri bildirib ki, Yəmənin ordusu və xalq komitələrinin ərəbistanın milli neft şirkəti- Aramko-nun təsisatlarına qarşı hücumu nəticəsində bu ölkənin neft hasilatı yarıya enibdir.

Ərəbistanın energetika naziri Əbduləziz bin Salman qeyd edib ki, yəmənlilərin bu ölkənin “Bəqiq” və “Xəris” neftayırma zavodlarına qarşı pilotsuz hücumu bu iki neftayırma zavodunda neft hasilatının müvəqqəti olaraq dayanmasına səbəb olubdur.

Belə bir halda, Yəmən Ənsarullah hərəkatının siyasi bürosunun üzvü Muhəmməd əl-Bəxiti Əlcəzirə telekanalı ilə müsahibədə yəmənli döyüşçülərin şənbə günü Aramko şirkətinin təsisatlarına qarşı hücumuna, bu neft təsisatlarındakı geniş yanğına, həmçinin səud rejiminin onu etiraf etməsinə toxunub. Təhdidlə bildirib ki, əgər səudiyyə ərəbistanı Yəmənə qarşı təcavüzü və hücumlarına son qoymazsa, yəmənli döyüşçülər ərəbistanın paytaxtı- Ərriyadı öz əllərinə keçirəcəklər.

Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi dünən səud koalisiyasının Yəməndəki cinayətlərinə cavab olaraq, on ədəd yerli pilotsuzla ərəbistanın milli neft şirkəti- Aramko-nun tabeliyində olan “Bəqiq” və “Xəris” neftayırma zavodlarını hədəfə alıbdır.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

 

 

Şərhlər