Sep 15, 2019 20:12 Asia/Baku
  • İraq bu ölkə ərazisindən Aramko neft təsisatlarına qarşı PUA hücumunu təkzib edib
    İraq bu ölkə ərazisindən Aramko neft təsisatlarına qarşı PUA hücumunu təkzib edib

İraq hökuməti bu ölkə ərazisindən ərəbistanın Aramko neft təsisatlarına qarşı PUA hücumu haqdakı iddianı təkzib edib.

İraq baş nazirinin ofisi bu gün bildirib ki, Bağdad qonşu ölkələri hədəfə almaq üçün bu ölkə ərazisindən istifadə icazəsini verməyəcəkdir.

İraq hökumətinin bəyanatında deyilir ki, bu ölkə əsas qanuna görə, qonşu ölkələrə hücumun əngəllənməsinə iltizamlıdır və əsas qanunun bu prinsipini pozacaq hər bir tərəflə qətiyyətlə rəftar edəcəkdir.

İraq hökuməti həmçinin bildirib ki, hərbi döyüşlər və gərginliyin artması bölgə və dünyanın təhlükəsizliyini hədələyərək, insani və siyasi vəziyyətinin mürəkkəbləşməsinə səbəb olacaq.

İraq hökuməti bu ölkə ərazisindən ərəbistanın Aramko neft təsisatlarına qarşı PUA hücumu haqda şayiənin yayılması ilə bağlı məlumat və sənədlərin araşdırılması üçün bir komitənin təşkil edilməsindən xəbər verib.

Teqlər

Şərhlər