Sep 16, 2019 09:20 Asia/Baku
  • Neftin qiyməti 19 faiz artıb
    Neftin qiyməti 19 faiz artıb

Ərəbistanın “Aramko” neft təsisatlarına qarşı pilotsuz hücumundan sonra neftin qiyməti 19 faiz artıb.

Ərəbistanın neft təsisatlarına qarşı pilotsuz hücumundan sonra Brent xam neftinin qiyməti 17%-dən çox, “Vest Texas İntermidyet” xam neftinin qiyməti də 14 faizdən çox artıbdır.

Blumberq telekanalı da bildiribdir ki, Ərəbistanın neft təsisatlarına qarşı pilotsuz hücumundan sonra neftin qiyməti 19 faiz artıb. Bu hücum dünya səviyyəsində neft ixracatını beş faiz azaldıbdır.

Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi səudiyyənin əsas iqtisadi mərkəzinə çox güclü və ağır zərbə endirib. Belə ki, ərəbistanın neft hasilatının yarısı dayanıbdır.

Frans-24 telekanalı xəbər verib ki, Yəmənin Ənsarullah hərəkatı mübarizlərinin o qədər də bahalı olmayan PUA-larla ərəbistanda yerləşən dünyanın ən böyük neft təsisatlarına qarşı hücumları, bu təsisatlara ağır xəsarətlərə düçar edərək, sonradan Amerika və Ərəbistanın strateji ehtiyatlarının azalmaısnsa gətirib çıxaracaqdır.

Beləliklə Amerika və ərəbistanın ehtiyat miqdarı azalacaq. Bu hücumlar iqtisadi nəticələrdən əlavə, göstərdi ki, ərəbistanın neft təsisatları kövrəkdirlər.

 

Şərhlər