Sep 19, 2019 15:22 Asia/Baku
  • Sionist hərbçilərin Ramullaha hücumunda onlarla fələstinli yaralanıb
    Sionist hərbçilərin Ramullaha hücumunda onlarla fələstinli yaralanıb

Media mənbələri sionist hərbçilərin qərb sahilində yerləşən Ramullah şəhərinə hücumunda onlarla fələstinlinin yaralanmasından xəbər veriblər.

Əlaləm telekanalı xəbər verib ki, sionist hərbçilərin işğal olunmuş qərb sahilinin mərkəzi olan Ramullah şəhərinə və Fələstin muxtariyyətinin qərargahına hücumu və onların fələstinlilərlə toqquşması nəticəsində onlarla fələstinli gənc sionist hərbçilərin atəşləri ilə yaralanıbdır.

Bu toqquşmada gözyaşardıcı qazla tənəffüs nəticəsində onlarla fələstinli də bədən xəsarəti alıbdır.

Bundan öncə də Livanın Əlməyadin telekanalı bildirmişdi ki, sionist rejim hərbçiləri bu gün qərb sahilinin bəzi məntəqələrinə hücum edərək, 23 fələstinlini həbs ediblər.

Teqlər

Şərhlər