Sep 22, 2019 08:42 Asia/Baku
  • Sionist rejim hərbçilərinin qərb sahili və Qəzzə zolağına qarşı hücumları davam edir
    Sionist rejim hərbçilərinin qərb sahili və Qəzzə zolağına qarşı hücumları davam edir

Sionist rejim hərbçilərinin ötən bir həftə ərzində qərb sahili və Qəzzə zolağına qarşı hücumlarında bir fələstinli qadın şəhid olub, 150 nəfər də yaralanıbdır.

Ötən həftə qərb sahili və Qəzzə zolağının müxtəlif bölgələrinə qarşı 65 hücum həyata keçirmiş sionist rejim hərbçiləri cümə axşamı günü qərb sahilində yerləşən Ramullah şəhərinə basqın edərək, fələstinli gənclərdən on nəfəri atəşlə yaralayıblar. Onlarla fələstinli də gözyaşardıcı qazla tənəffüs nəticəsində bədən xəsarəti alıbdır.

Sionist rejim hərbçiləri həmçinin Qəzzə zolağında keçirilən "Qayıdış haqqı" yürüşünün iştirakçılarını atəşə tutaraq, azı 74 fələstinlini yaralayıblar.

Sionistlər öz ekspansianist hədəflərinə çatmaq üçün hər gün Fələstinin müxtəlif bölgələrinə hücum və fələstinliləri puç iddialarla həbs edirlər.

Hazırda altı minə yaxın fələstinli sionist rejim məhbəslərində əsirdir.

Bu miqdarın 62 nəfəri qadın, 300 nəfəri isə həddi-büluğa çatmamış uşaqlardır.

Teqlər

Şərhlər