Sep 22, 2019 11:08 Asia/Baku
  • Misirlilərin Əssisiyə qarşı aksiyasında 70-dən çox insan həbs olunub
    Misirlilərin Əssisiyə qarşı aksiyasında 70-dən çox insan həbs olunub

Misirin təhlükəsizlik qüvvələri ötən 24 saat ərzində bu ölkənin prezidenti Əbdulfəttah Əssisiyə qarşı aksiyada iştirak dən etirazçılardan azı 74 nəfəri həbs ediblər.

Misirlilər cümə günü gecə Qahirənin Təhrir meydanında kütləvi nümayişlər təşkil ediblər. Onlar bu ölkənin prezidenti Əbdulfəttah Əssisiyə qarşı şüarlar verərək, onun əleyhinə xalq aksiyasına başlayıblar. Bu aksiyalar hələ də davam edir.

Bir çox beynəlxalq və insan haqları təşkilatı son aylar Əssisinin Misirdə ictimai və siyasi azadlıqlar və insan haqlarının pozulması sahəsində etdiyi hərəkətlər barədə xəbərdarlıq edib.

ƏssisiMisirin qanuni prezidenti Məhəmməd Mursini 2013-cü ildə bir hərbi çevrilişlə devirdi və 2014-cü ildə keçirdiyi nümayişkaranə seçkilərdə hakimiyyəti ələ keçirdi.

 

Teqlər

Şərhlər