Sep 24, 2019 13:09 Asia/Baku
  • ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına iki raket düşüb
    ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına iki raket düşüb

İraqın təhlükəsizlik mənbələri ABŞ-ın Bağdaddakı səfirliyinin yaxınlığına iki raketin düşdüyünü bildiriblər.

Raketlər ABŞ səfirliyinin yaxınlığına düşdükdən sonra İraqın paytaxtı Bağdadın Yaşıl bölgəsində həyəcan siqnalları səslənib.

İraqın təhlükəsizlik mənbələrinin verdikləri məlumata görə, ABŞ səfirliyinin yaxınlığına raket zərbəsi heç bir itki və xəsarətə səbəb olmayıb. Yalnız ətrafdakı binalara ziyan dəyib.

Teqlər

Şərhlər