Sep 28, 2019 13:38 Asia/Baku
  • Fələstinli müəllim dünyanın 100 ən yaxşı müəllimi arasında
    Fələstinli müəllim dünyanın 100 ən yaxşı müəllimi arasında

Bir fələstinli müəllim Hindistanın AES Education cəmiyyətinin 100 ən yaxşı müəllimi siyahısına düşüb.

Qərb sahilində yerləşən Cenin şəhərindən olan fələstinli müəllim Əyad Əhməd əl-Suqi təhsilin rəqəmsal edilməsi proqramında fəaliyyətinə görə, dünyanın 100 ən yaxşı müəllimindən biri kimi seçilibdir.

Əlsuqi Qüds Azad Universitetinin Cenin şöbəsini IT ixtisası üzrə 2005-ci ildə başa vurub və hazırda Cenin orta məktəbində tədrislə məşğuldur. O, ötən il Ankarada keçirilən "Fatih" texnologiya yarışlarında Fələstinin nümayəndəsi olubdur.

Bu fələstinli müəllim dünyanın 72 ölkəsindən olan müəllimlərin iştirakı ilə Yeni-Dehlidə keçirilən yarışlarda iştirak etdi və sonda dünyanın 100 ən yaxşı müəllimindən biri kimi seçildi.

Teqlər

Şərhlər