Sep 28, 2019 20:17 Asia/Baku
  • Ənsarullah ərəbistana xəbərdarlıq edib
    Ənsarullah ərəbistana xəbərdarlıq edib

Yəmən Ənsarullahının bir üzvü vurğulayıb ki, əgər ərriyad Yəmən atəşkəs layihəsindən savaşa son qoymaq üçün istifadə etməzsə, ərəbistandakı daha mühüm nöqtələr hədəfə alınacaqdır.

Ənsarullah təşkilatının siyasi şurasının üzvü Muhəmməd əl-Buxəyti deyib: Səud rejimi indiyədək Yəmən ali siyasi şurasının təklifinə cavab veməyibdir.

"Uol Strit Cournal" adlı amerikan qəzet dünən iddia etmişdi ki, ərəbistan Yəmən milli qurtuluş dövlətinin əməliyyatların dayandırılması üzrə təşəbbüs layihəsinə reaksiyada Yəmənin dörd bölgəsində cüzi atəşkəs təklifi veribdir.

Əl-Buxəyti bildirib ki, Yəmənin təşəbbüs layihəsi səud koalisiyasında iştirak edən bütün ölkələrə və əmirliklərin Yəmənə qarşı hücumlarının dayandırılmasına da şamil olur. O, vurğulayıb: Yəmən Amerikaya vasitəçi kimi etimad edə bilməz, zira Yəmən savaşı bölgəni silah satışı bazarına çevirməsi üçün Amerikanın xeyrinədir.

Teqlər

Şərhlər