Sep 30, 2019 17:55 Asia/Baku
  • Netanyahunun son qəsbkarcasına çıxışına reaksiya

Sionist rejimin baş naziri Benyamin Netanyahu öz seçki mübarizələrində deyib ki, İordan çayının qərb sahilinin təqribən üçdə bir hissəsini işğal olunmuş ərazilərə qatmaq niyyətindədir. Fələstinlilər və ərəb dünyası Netanyahunun bu sözlərini tənqid ediblər.

Sionist rejimin baş naziri Benyamin Netanyahu bir çıxışda İordan çayının qərb sahilindəki bəzi məntəqələri 1948-ci ildə işğal olunmuş ərazilərə qatmaq niyyətindən xəbər verib. Bu xəbər bir daha mediaların başlığına çevrilibdir. Bu planın icrası ilə fələstinlilər qərb sahilində yerləşən 72 min hektarlıq ərazilərindən, Bəhrulməyyit-dən, su mənbələrindən, eləcə də İordaniya ilə sərhəddən və əlaqədən məhrum olacaqlar. Bura Fələstinlə İordaniya arasında yerləşən Bəhrulməyyit-dir və əl-Əqvar orada yerləşir.

Sionist rejim hazırda sərhədlər, sular və münbit əkin sahələrinə şamil olan əl-Əqvarın səksən faizinə yiyələnib. Və əgər bu məntəqələr 1948-ci ildə işğal olunmuş ərazilərə qatılarsa, heç bir vəchlə fələstinlilərə həmin məntəqələrə daxil olmaq və ya çatmaq icazəsi verilməyəcəkdir.

m.k- Əl-Əqvar, Bəhrulməyyit, buranın suyu və torpağı bizimdir. Netanyahu bu məntəqələri işğal olunmuş ərazilərə qatmaq istəyir. Halbuki bu bizim qanuni haqqımızdır və buna yol verməyəcəyik. m.k- Gəlmişik deyək ki, bura Fələstin ərazisidir. Müqavimətimizi davam etdirəcəyik. Və elan edirik ki, əl-Əqvar fələstinlilərindir. Onlarla fələstinli və xarici fəal Netanyahunun sözlərinə cavab olaraq əl-Əqvara gəldi və bu binanın damında Fələstin bayrağını dalğalandırdı. İşğalçı ordudan çoxlu sayda qüvvə fəalları mühasirə edərək, onların bir qrupunu həbs etdi. İşğalçılar bir qrup fələstinlini döyərək, onların hamısını təhdid etdilər ki, əgər bu məkanı tərk etməsələr, həbs olunacaqlar. İşğalçı qüvvələr bu məntəqəni qapalı hərbi məntəqə elan ediblər. m.k-İşğalçı ordu fələstinliləri həbs və ya şəhid edərkən sakit olur. Onlar Fələstin xalqının qanını tökmək və ona işgəncə verməyi xoşlayırlar.

Bütün media fəalları və müxbirlər silah gücünə bu bölgədən çıxarılıblar.

 

 

Teqlər

Şərhlər