Oct 03, 2019 13:09 Asia/Baku
  • Bağdadda partlayış
    Bağdadda partlayış

Bəzi informasiya mənbələri İraqın paytaxtı Bağdadın yaşıl bölgəsində partlayışın baş verməsindən xəbər veriblər.

“Skay Nyus” telekanalı bu gün səhər tezdən Bağdadın yaşıl bölgəsində partlayış səsinin eşidilməsindən xəbər verib, amma bu haqda təfərrüata keçməyibdir.

Bəzi medialar da iki ədəd raketdən birinin Türkiyə səfirliyinin yaxınlığına, digərinin isə yaşıl bölgənin ətrafına düşdüyünü bildiriblər.

İndiyədək ehtimal olunan tələfatın miqdarı barədə bir xəbər yayılmayıbdır.

Bağdadın yaşıl bölgəsində diplomatik korpuslar yerləşir.

 

Teqlər

Şərhlər