Oct 07, 2019 13:59 Asia/Baku
  • Plan hazırlayanların cəhdləri uğursuz qalıb
    Plan hazırlayanların cəhdləri uğursuz qalıb

İraqın Xalq Səfərbər Təşkilatının sədri və Milli Təhlükəsizlik üzrə müşavir Bağdadda keçirilən mətbuat konfransında deyib: Dini mərcələrin İraqdakı böhran barədə bəyanatı tam aydın idi və mərcəiyyət lazımlı həll yolları və tədbirləri müəyyənləşdirdi.

Faleh Əl-Fəyaz deyib: Düşmənlərə və plan hazırlayanlara deyirik ki, onların cəhdləri məğlubiyyətə uğrayacaq və bu gün bu artıq baş verib. O deyib: Konstitusiyamızı və xalqın fədakarlıqları nəticəsində qurduğumuz hökuməti müdafiə edəcəyik.

O deyib: Korrupsiyanı aradan qaldırmaq, inkişafa və iqtisadi islahatlara nail olmaq, dövlət olmadan mümkün olmayacaq. Yol xəritəsi dini mərcəiyyətin bəyanatıdır və baş nazir öz layihəsini hazırlamaqdadır. Faleh Əl-Fəyaz deyib: Bu ölkə üçün şər istəyənlər, ədalətli şəkildə qisas olacaqlar və məkrli plan hazırlayanlara güzəştə getmək mümkün deyil.  O deyib: Biz real problemlərdən əziyyət çəkirik amma bunun özü təxribata deyil, islahat üçün stimul yaratmalıdır.

FALEH ƏL-FƏYAZ: PLAN HAZIRLAYANLARIN CƏHDLƏRİ UĞURSUZ QALIB

Şərhlər