Oct 08, 2019 08:33 Asia/Baku
  • Türkiyə ordusunun qüvvələri Suriyanın şimalına hücum ediblər
    Türkiyə ordusunun qüvvələri Suriyanın şimalına hücum ediblər

Beynəlxalq xəbərdarlıqlara baxmayaraq, suriyalı mənbələr Türkiyənin ordu qüvvələrinin Suriyanın sərhəd Həsəkə vilayətinin şimal-şərq hissəsində yerləşən “Təl-Əltəvil” bölgəsinə hücum etmələrindən xəbər veriblər.

Suriya televiziyası dünən axşam bildirib ki, Türkiyə ordusunun qüvvələri yaraqlı kürd qüvvələri yatırmaq bəhanəsilə bir neçə istiqamətdən Suriyanın şimalında yerləşən “Təl-Əltəvil” bölgəsinə hücum ediblər.

Bu mənbə həmçinin Türkiyə qırıcılarının Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayətindəki bölgələrə qarşı hava hücumlarından xəbər verib.

Türkiyə ordusu qüvvələrinin Suriyanın şimalına qarşı təcavüzündə ehtimal olunan tələfat haqda məlumat əldə olunmayıbdır.

Bundan öncə Rusiya və Avropa Birliyi Ankara başçılarının Suriyanın şimal-şərqinə qarşı hücum niyyətinə reaksiyada vurğulamışdılar ki, Türkiyə hər bir şəraitdə Suriyanın ərazi bütövlüyünə hörmət etməlidir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən demişdi ki, bu ölkə ordusunun Suriya kürdlərinə qarşı əməliyyatı hər an başlaya bilər.

Ankara qeyd olunan bölgələrə hücum etməkdən ötrü “suriyalı didərginlərn məskunlaşmaları” üçün “təhlükəsiz bölgənin yaradılması”nı bəhanə gətiribdir.

 

Teqlər

Şərhlər