Oct 08, 2019 09:12 Asia/Baku
  • H.Əlibadi İraqda növbədənkənar seçkilərin keçirilməsini istəyib
    H.Əlibadi İraqda növbədənkənar seçkilərin keçirilməsini istəyib

İraqda küçə etirazlarının yatmasına və hökumət ilə parlamentin etirazçıların tələbələrini həyata keçirmək barədəki razılıqlarına rəğmən, bu ölkənin sabiq baş naziri Heydər Əlibadi İraqda növbədənkənar seçkilərin keçirilməsi barədəki tələbini bir daha irəli sürüb.

Əlibadidən əlavə, Seyyid Əmmar Həkimin başçılıq etdiyi "Milli Hikmət" cərəyanı fraksiyası və "Sədr" qrupunun lideri Seyyid Muqtəda Sədr də bundan öncə İraqda növbədənkənar seçkilərin keçirilməsini istəmişdilər. Zira onların qənaətincə, Əbdulməhdinin hökuməti öz işinin sonuna çatıb və problemləri həll etmək qüdrətinə malik deyildir.

Baş nazirliyinin son ilində İraqın mərkəzi və cənub vilayətlərində qanlı toqquşmalar və etirazlarla üzləşmiş Əlibadi də bir tvitt-də vurğulayıbdır ki, xalqın geniş iştirakı ilə azad və sağlam bir seçkinin keçirilməsinə zəmanət, xalqın tələb etdiyi islahatlara çağırışa cavabda siyasi qüvvələrin ciddiliyinin nişanəsidir.

Belə bir halda, İraqın Kürdüstan iqlimi Ərbilin baş nazir Adil Əbdulməhdinin hökumətinə dəstək verdiyini vurğulayaraq, bildiribdir ki, baş naziri ötən on beş ildə buraxılmış səhvlər və yaradılmış problemlərdə müqəssir hesab etmək olmaz.

Şərhlər