Oct 10, 2019 12:11 Asia/Baku
  • Türkiyənin Suriyanın şimalına hücumunda 56 nəfər ölüb və yaralanıb
    Türkiyənin Suriyanın şimalına hücumunda 56 nəfər ölüb və yaralanıb

Suriya İnsan Haqlarına Nəzarət Təşkilatı dünən axşam Türkiyənin bu ölkənin şimal-şərqinə qarşı hücumlarının başlamasından bəri 15 nəfərin öldüyünü və 41 nəfərin də yaralandığını bildirib.

Suriya İnsan Haqlarına Nəzarət Təşkilatı cümə axşamı günü səhər tezdən Türkiyənin bombardmanları nəticəsində 8 mülki vətəndaşın, o cümlədən dörd qadın və uşağın, eləcə də  Suriya demokratik qüvvələrindən yeddi nəfərin öldüyünü bildirib.

Suriya İnsan Haqlarına Nəzarət Təşkilatının məlumatına görə, Türkiyənin hava və artilleriya hücumlarında 13 sivil və 28 kürd qüvvəsi də yaralanıbdır.

Suriya Demokratik Şurasının lideri Ləham Əhməd "Vaşington Post" qəzetinin vebsaytında yayılan bir reportajda yazıb: Biz amerikalılarla yanaşı döyüşdük, indi onlar bizə xəyanət edərək, bizi tək buraxdılar. Bizim gördüyümüz işlər yalnız xalqımıza deyil, həm də Amerikaya, Avropaya xidmət idi.

Teqlər

Şərhlər