Oct 12, 2019 12:47 Asia/Baku
  • "Qayıdış haqqı" yürüşünün 78-ci cüməsində onlarla yaralı

Sionist rejim hərbçilərinin dünən cümə günü Qəzzənin işğal olunmuş Fələstinlə sərhədində yetmiş səkkizinci "Qayıdış haqqı" yürüşünün iştirakçılarına atəş açmaları nəticəsində ən azı 49 fələstinli yaralanıb.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədrə verdiyi açıqlamada yaralılardan 22-nin uşaq olduğunu bildirib.

Bu cümə gününü "Fələstinli Şəhid Uşaqlar Cüməsi" adlandıran Böyük Qayıdış Yürüşü üzrə Ali Komitə bir açıqlamada bildirib ki, bu adın verilməsi günahsız Fələstinli uşaqları hədəfə alan sionist rejimin vəhşiliklərini xatırlatmaq üçün həyata keçirilib.

Komitə sionist rejimi fələstinli uşaqlara hörmətsizlik və onların hüquqlarını kobud şəkildə pozmaqda günahlandıraraq, beynəlxalq təşkilatları işğalçıların bu vəhşilikləri qarşısındakı məsuliyyətlərini öz üzərlərinə götürməyə çağırıb.

Dinc mahiyyətli Qayıdış haqqı yürüşü "Yer günü" münasibətilə 2018-ci il martın 30-da Qəzzə zolağında başlayaraq, indi də keçirilməkdədir. 

Fələstinlilər ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə və Qəzzə zolağında mühasirənin davam etməsinə etiraz edirlər.

2018-ci il martın 30-dan bu günədək bu aksiyalarda 330-dan çox fələstinli sionist hərbçilərin gülləsinə tuş gələrək şəhid olub və azı 31 min fələstinli də yaralanıbdır.

Şərhlər