Oct 12, 2019 18:56 Asia/Baku
  • Əbdulməhdi: İraqdakı etirazçılara hücum edən amillər cəzalandırılacaqlar
    Əbdulməhdi: İraqdakı etirazçılara hücum edən amillər cəzalandırılacaqlar

İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin baş komandanı deyib ki, son zamanlar İraqdakı etirazçılara hücum edən amillər vəzifələrindən asılı olmayaraq, məsuliyyətə cəlb olunacaq və cəzalandırılacaqlar.

İraqın baş naziri Adil Əbdulməhdi bu gün bir açıqlamada Bağdadda və bu ölkənin digər yeddi mərkəzi və cənub vilayətindəki son zorakılıqlar və hadisələrin pərdə arxasının aydınlaşması üçün faktaraşdırıcı komitənin təşkil olunduğunu bildirib. O, mövqeləri və vəzifələrindən asılı olmayaraq, aksiyaçıları və təhlükəsizlik qüvələrini qətlə yetirən amillərin cəzalandırılacaqlarını vurğulayıb.

Rəsmi statistikalara görə, İraqda beş gün ərzində baş vermiş zorakılıqlar və toqquşmalarda 110 nəfər ölüb, 6 min nəfərdən çox insan da yaralanıbdır.

İraqın böyük təqlid mərcəyi Ayətullah Sistaninin nümayəndəsi və Kərbəla şəhərinin imamcüməsi Şeyx Əbdulməhdi Əl-Kərbəlayi də vurğulayıbdır ki, son etirazlarda aksiyaçıları qırğın etmiş amillər konkret zaman çərçivəsində aydınlaşmalı və məsuliyyətə cəlb olunmalıdırlar.

 

Şərhlər