Oct 13, 2019 08:51 Asia/Baku
  • Kral Salman yeni ABŞ qüvvələrinin ərəbistanda yerləşdirilməsilə razılaşıb
    Kral Salman yeni ABŞ qüvvələrinin ərəbistanda yerləşdirilməsilə razılaşıb

Ərəbistanın rəsmi “VAS” informasiya agentliyinin məlumatına görə, bu ölkənin kralı Salman bin Əbduləziz Amerikanın yeni hərbi qüvvələri və avadanlıqlarının ərəbistanda yerləşdirilmələrilə razılaşıb.

Ərəbistanın rəsmi informasiya agentliyi iddia edib ki, bu razılaşma iki ölkə arasında möhkəm və strateji əlaqələr istiqamətində əldə olunubdur.

Amerika müdafiə nazirliyi- Pentaqon cümə günü bir açıqlamada səudiyyə ərəbistanına daha çox hərbi qüvvə və avadanlığın göndərilməsindən xəbər verib.

Pentaqon bu açıqlamada bildirib ki, Amerika ərəbistanda “TAD” tipli bir və “Patriot” tipli iki raket sistemi, həmçinin üç min yeni hərbi qüvvə yerləşdirəcək.

Amerika prezidenti Donald Tramp bundan öncə bildirmişdi ki, ərəbistan bu ölkə üçün görüləcək hər bir işin xərcini ödəməklə razılaşıbdır.

Pentaqon-un ərəbistana yeni hərbi qüvvə və avadanlıqlar göndərmək üzrə addımı Yəmənin ordusu və xalq komitələri qüvvələrinin ərəbistanın milli neft şirkəti- Aramko-nun neft obyektlərinə qarşı son hücumlarından sonra atılır. Həmin hücum bu ölkənin neft ixracatının yarıbayarı azalmasına gətirib çıxarıbdır.

Ərəbistan Aramko-nun neft təsisatlarının ətrafı da daxil olmaqla “Patriot” hava hücumundan müdafiə sistemlərinə malik olmuş olsa da bu sistemlər Yəmən pilotsuzlarının hücumlarının qarşısını ala bilmədilər və elə bu məsələ ərəbistanın daxili və xaricində bir çox tənqidlərə səbəb oldu.

ABŞ prezidenti bundan öncə ərəbistanı südlük inəyə bənzədərək, bildirmişdi ki, onu sonadək sağmaq gərəkdir.

 

Şərhlər