Oct 14, 2019 08:28 Asia/Baku
  • Suriya ordusu Həsəkə vilayətinə daxil olub
    Suriya ordusu Həsəkə vilayətinə daxil olub

Türkiyənin Suriyanın şimal-şərqindəki əməliyyatının davam etməsilə Suriya ordusu Əynulərəb və Mənbic şəhərlərindən keçibdir.

Əlməyadin telekanalı kürd mənbələrə istinadla bildirib ki, Suriya demokratik qüvvələri bütün keçidləri Suriya ordusunun üzünə açıblar ki, bu qüvvələr Türkiyə ordusu ilə qarşılaşmaq hədəfi ilə Suriyanın şimal-şərq bölgələrinə daxil olmuş olsunlar.

Türkiyənin “Sülh bulağı” adı altında Suriyanın şimalında keçirdiyi hərbi əməliyyat beynəlxalq səviyyədə pislənibdir.

Suriya demokratik qüvvələri adlandırılan suriyalı kürdlər də bildiriblər ki, Türkiyənin hücumunu hərtərəfli bir savaşa çevirəcəklər.

Bəzi qaynaqların bildirdiklərinə görə, bu hücumda indiyə kimi azı 270 nəfər öldürülübdür.

 

 

Şərhlər