Oct 18, 2019 07:29 Asia/Baku
  • Suriya Türkiyənin müttəfiqlərinin təcavüzlərinin cavabını verəcək
    Suriya Türkiyənin müttəfiqlərinin təcavüzlərinin cavabını verəcək

Suriya prezidenti İraq milli təhlükəsizlik müşaviri ilə görüşdə bildirib ki, indiyədək dəfələrlə Türkiyənin terrorçu müttəfiqlərinin təcavüzlərinin cavabını veribdir. O, vurğulayıb ki, Suriya özünün bütün qanuni imkanları ilə bu təcavüzlərin cavabını verəcək.

İraq milli təhlükəsizlik müşaviri Falih Əlfəyyaz dünən Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşdə İraqın baş naziri Adil Əbulməhdinin məktubunu Suriya prezidentinə təqdim edib.

İraqın baş nazirinin məktubu Bağdad-Dəməşq əlaqələrinin hərtərəfli inkişaf yolları, terrorizmlə mübarizə, son hadisələrdən sonra sərhədlərin təhlükəsizliyinin təmini, iqtisadi həmkarlıqların genişlənməsi və iki ölkə arasındakı sərhəd keçidlərinin yenidən açılması kimi mövzulara şamil olur.

Bəşşar Əsəd bu görüşdə vurğulayıb: Qərbi Asiya bölgəsindəki xarici tamahkarlıqlar daim mövcud olub və Türkiyənin Suriya ərazisinə cinayətkarcasına təcavüzünü bu tamahkarlıqlar sırasında hesab etmək olar.

İraq milli təhlükəsizlik müşaviri də bu görüşdə İraq və Suriyanın təhlükəsizliyinin təmini və iki xalqın maraqlarının reallaşması üçün iki ölkənin bütün sahələrdə həmkarlığına təkid edib.

 

 

Teqlər

Şərhlər