Oct 19, 2019 09:14 Asia/Baku
  • İordan çayının qərb sahilində bir fələstinli şəhid edilib

Fələstin mediyaları dünən gecə bir fələstinli gəncin İordan çayının qərb sahilində Sionist rejim hərbçilərinin atəşi nəticəsində şəhid olmasından xəbər veriblər.

İRİB-in verdiyi məlumata görə, sionist rejim hərbçiləri bu fələstinli gənci Tulkərmin cənubunda küt alətlə əməliyyat aparmağa cəhd göstərdiyini iddia edərək güllələyiblər. 

Eyni zamanda sionist rejim hərbçiləri cümə günü Qəzzə zolağında 79-cu "Qayıdış haqqı" yürüşlərində iştirak edən fələstinlilərin üzərinə atəş açaraq 69 nəfəri yaralayıblar. 

"Qayıdış haqqı" yürüşləri 2018-ci il mart ayının 30-u " Torpaq günü" münasibəti ilə  başlayaraq hələ də davam edir. 

Teqlər

Şərhlər