Oct 20, 2019 09:23 Asia/Baku
  • Suriya ordusu “Qəsre Yəlda”ya daxil olub
    Suriya ordusu “Qəsre Yəlda”ya daxil olub

Suriyanın ordu qüvvələri bu ölkənin şimal-şərqində yerləşən Həsəkəh vilayətinin “Qəsre Yəlda” bölgəsinə daxil olublar.

Suriyanın ordu qüvvələrinin “Qəsre Yəlda” bölgəsinə daxil olmaları bu ölkə hökuməti ilə Suriya kürdləri arasında əldə olunmuş razılaşma əsasında həyata keçibdir.

Həmçinin Suriyanın ordu qüvvələri Kubani şəhərində, Türkiyə ilə “sıfır” sərhəd nöqtəsində yerləşiblər ki, Suriyanın ərazi bütövlüyünə təkid etmiş olsunlar.

Türkiyə ordusunun Suriyanın şimalına hücumundan sonra Suriya demokratik qüvvələri bu ölkə hökumətindən istəyiblər ki, Suriyanın şimal bölgələrinin nəzarətini ələ alsın və Türkiyənin hücumları qarşısında onları qorusun.

Bu razılaşmaya əsasən, Suriya ordusu bu ölkənin şimalındakı bütün sərhəd bölgələrinin nəzarətini öz əlinə alacaq.

Suriya kürdlərinin muxtar bölgəsi idarəsi qeyd edib ki, Türkiyənin təcavüzü ilə mübarizə üçün Suriya kürdləri ölkənin suverenliyi və sərhədlərini himayə vəzifəsinə malik olan mərkəzi hökumətlə razılaşıblar.

Türkiyənin müdafiə naziri dünən Kayseri şəhərində bu ölkədə hakim partiyanın tərəfdarlarından bir qrupunun qarşısında iddia edib ki, Ankara özünün sözdə hərbi əməliyyatını beş gün müddətinə dayandırıb ki, onun sözlərinə görə, terrorçular bu bölgəni tərk etsinlər. Əgər belə olmazsa, Türkiyə öz hücumunu bərpa edəcəkdir.

Bir ABŞ rəsmisi dünən iddia edibdir ki, Türkiyə Suriyanın şimalında atəşkəsi pozub. Ankaranın Həsəkəh vilayətinə qarşı hücumları nəticəsində daha səkkiz mülki həyatını itirib. Bu arada ABŞ və Türkiyə Suriyaya qarşı hücumun beş gün müddətinə dayandırıldığını iddia etmişdilər.

Türkiyə ordusu terrorizmlə mübarizə və Suriya-Türkiyə sərhədini Ankaranın terrorçu adlandırdığı kürd yarımhərbçilərdən təmizləmə bəhanəsilə oktyabrın 9-dan səkkiz gün müddətinə Suriyanın şimalına hücum etdi.

 

Şərhlər