Oct 20, 2019 13:06 Asia/Baku
  • Dörd sionist hərbçi əsirin yeni fotoları yayılıb
    Dörd sionist hərbçi əsirin yeni fotoları yayılıb

Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın İzzəddin Qəssam batalyonları dörd sionist əsirin videogörüntülərini yayıb.

Bu video “Sizin hərbçilər hələ də Qəzzədədirlər” adı altında dörd sionist əsirin çöhrəsindən təsvirlə başlanır. Onun mühüm məlumatları ərəb və ibri dillərindədir.

İzzəddin Qəssam batalyonları bu videoda belə bir cəhəti bəyan etməyə çalışıbdır ki, Benyamin Netanyahu Fələstin müqavimətinin zindanlarındakı öz əsirlərinin taleyinə biganədir və əsirlər mübadiləsi üçün razılşama ardınca deyil.

Həmas hərəkatının sözçüsü Hazim Qasim bu video barədə belə deyir: Bu video belə bir mətləbə təkid edir ki, bu hərbçilər fələsinli qəhrəman əsirlərlə real mübadilədən başqa ayrı yolla azad edilməyəcəklər. Nəticədə bu əsirlərin qohumları işğalçı rejimin nazirlər kabinetinə təzyiq göstərməlidirlər ki, öz övladlarının azadlıq sənədini əldə edə bilmiş olsunlar.

 

Şərhlər