Oct 22, 2019 16:43 Asia/Baku
  • Netanyahunun hökumətin təşkilindəki uğursuzluğunun ABŞ ilə münasibətlərə təsiri
    Netanyahunun hökumətin təşkilindəki uğursuzluğunun ABŞ ilə münasibətlərə təsiri

Bir müddət öncə informasiya mənbələri deyirdilər ki, Netanyahunun BMT Baş Assambleyasının sessiyasında iştirak üçün Nyu-Yorka gəlməməsi tamamilə daxili problemlərlə bağlı olmayıbdır. Onun böyük bir hissəsi dilxorluq olubdur. O, hətta Trampla görüşmək belə istəmirdi.

“B” qrupunun vəziyyəti yaxşı deyil.

Putinin Netanyahunun yetmiş illiyini təbrik etməsindən bir neçə saat sonra “B” qrupunun koalisiya təşkil etmək üzrə səyləri uğursuz qaldı. İndi bəziləri bu qənaətdədirlər ki, Netanyahu istər baş nazir olsun, istər olmasın, Trampla xoş anları başa çatıbdır.

Amerikanın sabiq dövlət katibi Tillerson Harvard universitetində keçirilən xüsusi iclasda dedi ki, dəfələrlə Trampa Netanyahunun yalan məlumatlar təqdim etməklə Amerika hökumətini oynatdığını sübut edibdir.

Münasibətlər Netanyahunun səs qazana bilmədiyi gündən zəiflədi. Tramp dərhal onu tək buraxdı.

Burada kinayə ilə dedi ki, münasibətlərin əsası Netanyahu ilə deyil, sionist rejimlədir.

Amma BMT-dəki amerikan müxbir Seliya Mendonezin təbirincə desək, ABŞ-sionist rejim münasibətləri bir yana qalsın, bu iki nəfər arasında şəxsi münasibətlər də bərqərar idi.

Netanyahunun təbirincə desək, Likud partiyasının baş üzvləri arasındakı şəxsi münasibətlər pozulubdur. O, seçkilərdəki məğlubiyyətdən sonra Trampdan və onun yeznəsi Kuşnerdən gözlədiyi himayəni görməyibdir. Bu iki nəfər arasındakı küdurətlər Amerika prezidentinin bu ölkə qüvvələrinin Suriya ərazisini tərk etmələrinə göstəriş verən zaman kulminasiya nöqtəsinə çatıbdır.

Dəfələrlə Netanyahunun Trampı fikrindən daşındırmaq üzrə cəhdi faydasız olubdur.

O tərəfdən, əgər Tramp 2016-cı il seçkilərindəki birinci himayədarının, yəni Netanyahunun dəstəyini itirərsə, 2020-ci il üçün onu çətin bir yol gözləyəcək. Özü də elə bir şəraitdə ki, özü impiçmentinin qəti olduğunu deyir.

 

Şərhlər