Oct 22, 2019 19:46 Asia/Baku
  • Əsəd: İdlib, Suriya savaşına son qoymaq üçün ən əsas cəbhədir
    Əsəd: İdlib, Suriya savaşına son qoymaq üçün ən əsas cəbhədir

Suriya prezidenti Bəşşar Əsəd bildirib ki, İdlib, Suriyada savaşa, çaxnaşmaya və terrorizmə son qoymaq üçün ən əsas cəbhədir.

Bəşşar Əsəd bu gün İdlib vilayətinin cənubundakı cəbhələrdən birində olub. Öz türk həmkarı Rəcəb Tayyıb Ərdoğanı tənqid edən Əsəd Suriya ərazisinə təcavüzü bu ölkənin suverenliyinin pozulması adlandırıb. Əsəd deyib: Türkiyə bundan öncə Suriyanın zavodları, buğdası və neftini qarət etdi və bu gün də Suriyanın ərazisini mənimsəmək istəyir.

Əsəd Suriyanın şərqi və qərbindəki döyüşləri ərəb ordusunun gücü və təmərküzünü dağıtmaq üzrə bir fitnə adlandırıb. O, əlavə edib: Hökumətin nöqteyi-nəzərincə, Suriyanın bütün ərazisinin bir önəmi var və ordu da prioritetlər və hərbi-döyüş vəziyyəti əsasında hərəkət edir.

Suriya prezidenti bir daha Suriya kürdlərinə dəstək verdiyini bildirib. O, belə qeyd edib: Daha artıq bir-birimizin yanında və bir-birimizlə müttəfiq olmalıyıq.

 

Teqlər

Şərhlər