Oct 22, 2019 20:47 Asia/Baku
  • Əfqanıstan seçki komissiyasının rəqəmsal informasiya mərkəzinə gizli giriş təsdiq olunub
    Əfqanıstan seçki komissiyasının rəqəmsal informasiya mərkəzinə gizli giriş təsdiq olunub

Əfqanıstan seçki komissiyası təsdiq edib ki, bu komissiyanın rəqəmsal informasiya mərkəzinin giriş qıfılı sındırılıbdır.

Əfqanıstan seçki komissiyasının əsas üzvlərindən olan Mövlana Abdullah bildirib ki, əfqan təhlükəsizlik qüvvələrindən bir neçə nəfər rəqəmsal informasiya mərkəzinin giriş qıfılı və plombunu sındıraraq, bu mərkəzə daxil olubdur.

Əfqanıstan seçki komissiyasının sədr müavini də Kabildə keçirdiyi mətbuat konfransında rəqəmsal informasiya mərkəzi qıfılının sındırılmasını təsdiq edib, amma səslərin hər hansı bir manipulyasiyasını təkzib edib.

Ourəng Zip deyib: Qıfılın sınmasının əsas müqəssiri Əfqanıstan seçki komissiyası katibliyinin təhlükəsizlik müşaviri və xüsusi təyinatlı polis qüvvələrinin iki əsgəridir.

Belə bir halda, Əfqanıstan daxili işlər nazirliyinin sözçüsü Nosrət Rəhimi təhlükəsizlik qüvvələrinin Əfqanıstan seçki komissiyasının binasına daxil olmaları haqdakı məlumatları əsassız adlandırıbdır.

 

Şərhlər