Oct 23, 2019 21:21 Asia/Baku
  • Sionist hərbçilərin bir neçə fələstinli gəncə qarşı rasistcəsinə hücumu
    Sionist hərbçilərin bir neçə fələstinli gəncə qarşı rasistcəsinə hücumu

Bir qrup sionist hərbçi rasistcəsinə şüarlar verərək, işğal olunmuş Fələstinin cənubunda yerləşən Rəhat şəhərinin yaxınlığında bir neçə fələstinli gəncə hücum edib.

20-dən çox sionist hərbçi bir yanacaqdoldurma məntəqəsində oturmuş bir qrup fələstinli gəncə basqın edib. Onlar ərəblərə qarşı şüar verərək, silahlarını bu fələstinli gənclərə tuşlayıblar.

Sionist rejim ordusu bildirib ki, bu hadisə barədə şikayətlər alıbdır.

Sionist qəsbkarlar bu gün səhər tezdən də işğal olunmuş Qüdsün və qərb sahilinin müxtəlif bölgələrində fələstinlilərin evlərinə hücum edərək, onlardan bir qrupunu həbs ediblər.

Sionistlər özlərinin ekspansianist məqsədlərinə çatmaq üçün hər gün müxtəlif Fələstin bölgələrinə hücum edərək, puç iddialarla fələstinliləri həbs edirlər.

 

Teqlər

Şərhlər