Oct 24, 2019 20:44 Asia/Baku
  • Fələstinli əsirlərin işgəncə edilmələrinə etiraz olaraq beynəlxalq hərəkat başlanıb
    Fələstinli əsirlərin işgəncə edilmələrinə etiraz olaraq beynəlxalq hərəkat başlanıb

Sionist rejim həbsxanalarında fələstinli əsirlərin işgəncələrə məruz qalmaları və öldürülmələrinə etiraz etmək üçün qırxdan çox fələstinli və beynəlxalq təşkilat hərəkata başlayıb.

Fələstinli əsirlər və şəhidlərin məsələlərinə baxılması üzrə "əl-Əsir" klubunun media mənsubu Əmani Sərahnə deyib: Bu hərəkat sionist rejim məhbəslərinin daxilindəki müxtəlif əhvalatlardan, o cümlədən fələstinli əsirlərin ardıcıl surətdə işgəncə edilmələri və aclıq aksiyası keçirmələrindən sonra fəaliyyətə başlayıbdır.

İnternet istfadəçiləri də "İsrail, əsirləri öldürür!" adı altında haştaqlar işə salıblar. Onlar bu haştaqlar formasında fələstinli əsirlərin informasiyaları və statistikalarını paylaşıblar.

İndiyədək sionist rejim məhbəslərində 221 fələstinli əsir şəhid edilibdir ki, onlardan 174 nəfərinin şəhadəti kəskin işgəncəyə görə olubdur.

Hazırda sionist rejim məhbəslərində təxminən altı min fələstinli əsir var.

Teqlər

Şərhlər