Okt 25, 2019 19:24 Asia/Baku
  • Kərbəla aksiyaçıları ABŞ-a və sionist rejimə qarşı şüarlar veriblər
    Kərbəla aksiyaçıları ABŞ-a və sionist rejimə qarşı şüarlar veriblər

Kərbəla şəhərində aksiya keçirən iraqlı aksiyaçılar bu gün ölkədəki korrupsiyaya və səmərəsizliyə etiraz edərək, Amerikanın və sionist rejimin siyasətlərinə qarşı şüarlar veriblər.

Bağdad şəhəri və İraqın digər şəhərlərinin əhalisi ilə eyni zamanda küçələrə çıxan Kərbəladakı aksiyaçılar korrupsiya ilə ciddi mübarizənin, həmçinin ölkə iqtisadiyyatı və siyasətində gerçək islahatların aparılması, məşğulluğun yaradılması və yoxsulluğun aradan qaldırılmasını istəyiblər. Onlar “Amerikaya-yox!” və “Sionist rejimə-yox!” şüarları ilə Ağ Ev-in İraqda və bölgədəki siyasətlərinə etiraz ediblər.

Bəsrə şəhərində də etirazçılar Səfvan sərhəd keçidinin girəcəyində avtomobil şinlərini yandıraraq, İraq və Küveyt arasındakı bu qovuşma nöqtəsini bağlayıblar.

Virtual mühitdə Bağdadda və İraqın digər şəhərlərində küçə etirazlarının yenidən başladılmasına dair çağırışların yayılmasının ardınca bir qrup iraqlı etirazçı dünən gecə və xüsusən bu gün səhərçağı bir neçə mərhələdə Bağdadın əl-Təhrir meydanına toplaşdıqdan və respublika körpüsündən keçdikdən sonra maneələri kənara itələyərək, yaşıl bölgəyə daxil ola bilibdir.

 

Teqlər

Şərhlər