Oct 26, 2019 21:29 Asia/Baku
  • İraqın baş nazirindən yeni təyinatlar
    İraqın baş nazirindən yeni təyinatlar

İraqın baş naziri bu ölkənin silahlı qüvvələrinin baş komandanı vəzifəsində müxtəlif hökmlər verərək, özü üçün bir sözçü təyin etməklə bərabər, paytaxt daxil olmaqla bu ölkənin dörd vilayətində polis komandanlarını dəyişibdir.

İraqın daxili işlər nazirliyi bildirib ki, bu ölkənin baş naziri Adil Əbdulməhdi İraqın silahlı qüvvələrinin baş komandanı vəzifəsində, Əbdulkərim Xələfi özü üçün sözçü təyin edib.

İraqın baş naziri bir neçə digər hökmlə Bağdad, Nəcəfi-Əşrəf, Əldivaniyyə və Ziqar vilayətlərinə yeni polis komandanları təyin edib.

 

Teqlər

Şərhlər