Oct 29, 2019 08:32 Asia/Baku
  • Fələstin xarici işlər naziri sionist rejimin hədələrinə cavab verib
    Fələstin xarici işlər naziri sionist rejimin hədələrinə cavab verib

Fələstin muxtariyyətinin xarici işlər naziri deyib ki, əgər sionist rejim Fələstin idxalatının qadağan olunması barədəki hədələrini icra edərsə, beynəlxalq təşkilatlara müraciət edəcək.

Riad Əlmaliki dünən Fələstinin səsi radiosu ilə müsahibədə bildirib ki, sionist rejimin qeyd olunan hədələrinin icra olunacağı halda, Fələstin insan haqları şurasına, beynəlxalq ədalət məhkəməsinə və BMT Baş Assambleyasına və digər beynəxalq orqanlara müraciət edəcək ki, sionist rejimi rüsvay və öz hərəkət və hədələrindən geri çəkilməyə məcbur etmiş olsun.

Əlmaliki vurğulayıb ki, sionist rejimin bu hədələri boşdur və onda məqsəd, fələstinliləri geri oturmağa məcbur etməkdir.

Fələstin xarici işlər naziri vurğulayıb ki, Fələstin var gücü ilə öz hüquqlarını qoruyacaq.

Ötən sentyabr ayında Fələstin hökuməti bəzi sionist rejim mallarının importunun tam şəkildə dayandırılmasından xəbər verdi.

 

Teqlər

Şərhlər