Oct 30, 2019 13:46 Asia/Baku
  • Sionist hərbçilər qərb sahilinə basqın ediblər

Sionist rejim hərbçiləri öz düşmənçilik hərəkətlərinin davamında İordan çayının qərb sahilindəki bəzi bölgələrə basqın ediblər.

Qüdsü işğal etmiş rejimin hərbçiləri bu gün səhər tezdən İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə basqın edərək, ittihamını anlatmadan 19 fələstinli gənci həbs ediblər.

Fələstinin rəsmi statistikalarına görə, sionist rejim məhbəslərindəki fələstinli əsirlərin sayı 5700 nəfərə çatır ki, onların 230-u uşaq, 48-i qadın, 500 nəfəri isə ittihamı bildirilməyən məhbusdur.

Digər tərəfdən, sionist rejim hərbçiləri Əlxəlildə yerləşən İbrahim məscidinin yaxınlığında müqavimət əməliyyatına səy göstərmək bəhanəsilə bir fələstinli qadına atəş açıblar. Nəticədə bu fələstinli qadın yaralanıbdır.

Sionistlərin iddialarına görə, fələstinli qadın soyuq silahla anti-sionist əməliyyat keçirmək istəyirmiş.

Teqlər

Şərhlər