Noy 04, 2019 08:24 Asia/Baku
  • Kərbəla və Bəsrə əhalisi ali dini mərcəyin çağırışına itaət etdiyini bildirib
    Kərbəla və Bəsrə əhalisi ali dini mərcəyin çağırışına itaət etdiyini bildirib

Kərbəla və Bəsrə əhalisindən ibarət minlərlə adam İraq şiələrinin ali dini mərcəyinin çağırışına itaət edərək aksiya keçirib.

Kərbəlada mərcəiyyətə dəstək mitinqində iştirakçılar dövlət və özəl əmlaka eləcə də təhlükəsizlik qüvvələrinə hərhansı hücumu rədd edib, dini mərcəiyyətin etiraz aksiyalarının dinc formada keçirilməsinin eləcə də dövlət əmlakına hücum edilməməsinin  vacibliyi barədə göstərişlərinə təkid ediblər.

Bəni Malik qəbiləsinin başçısı Şeyx Zərğam Əl-Maliki deyib: Mərcəiyyət islahatın eləcə də fikir və mülahizələrin bildirilməsinin tərəfdarıdır. " Keçmişdə də bildirmişik ki, konstitusiya və hakim sistemin nöqsanları var, konstitusiyada dəyişiklik edilməli və köklü islahatlar aparılmalıdır, formal islahatlar yetərli deyil. "

İraqlı siyasi fəal Əhməd Ələvan da deyib: Dini mərcəiyyətin mövqeyi tam aydındır. Mərcəiyyət İraq xalqını və islahatların aparılmasını himayə edir. 

Aksiyaçılar həmçinin dini mərcəiyyətin aksiyaların dinc keçirilməsi eləcə də korrupsiyanerlərin mühakimə edilməsinə dair göstərişlərinə sadiq qaldıqlarını və dini mərcəiyyətin xalqın istəklərinə dəstək verdiyinə görə ona minnətdar olduğunu bildiriblər. 

İraqlı ruhani şeyx Davud Əl-Maliki deyib: Dini mərcəiyyət keçmişdə də İraqı ən böyük məkirli plandan xilas etdi və əminik ki, inşaallah bu dəfə də İraqı böhrandan xilas edəcək. 

Bəsrədə ən geniş miqyaslı aksiyanın təşəbbüskarlarından olan Hazim Yusuf isə deyir: Tayfalar və aksiyaçılar dini mərcəiyyətin aklsiyaların dinc keçirilməsi və dövlət və özəl əmlakın mühafizə edilməsinə dair göstərişlərinə sadiqdirlər.

Bir çox iraqlıya görə İraqda ali dini mərcəiyyətin göstərişləri hazırkı böhranın həllinin ən uyğun yoludur, həm də ona görə ki, müxtəlif tərəflər hökumətin xalqın tələblərini yerinə yetirməkdə aciz qaldığı barədə eyni fikirdədirlər. 

Teqlər

Şərhlər