Noy 05, 2019 09:08 Asia/Baku
  • İranın Kərbəladakı konsulluğuna qarşı hücumda xarici amillərin rolu olub
    İranın Kərbəladakı konsulluğuna qarşı hücumda xarici amillərin rolu olub

İraqın “Əsaibi Əhlulhəqq” hərəkatının baş katibi bazar günü gecə İranın Kərbəladakı konsulluğuna qarşı hücumu ABŞ-BƏƏ-sionist rejim üçbucağının onun ölkəsinə qarşı fitnəkarlıqlarının davamı adlandırıb.

Qeys Əl-Xəzəli bazar günü Əl-İraqiyyə telekanalı ilə müsahibədə İraqdakı çaxnaşmalar və toqquşmaların şiddətlənməsində ABŞ-BƏƏ-sionist rejim üçbucağının roluna təkid edib.

İraqın bəzi vilayətləri, o sıradan Bağdad son həftələr ümumi xidmətlərin qeyri-münasib vəziyyətinə, iş yerlərinin olmamasına və korrupsiyaya qarşı aksiyaların şahididir. Amma bu etirazlar son günlər zorakılığa çevrilib və onlarla nəfər ölüb və yaralanıbdır.

Faktlar İraqdakı aksiyaların təbii olmadığını və onun formalaşmasında əcnəbilərin rolunun olduğunu göstərir.

 

Teqlər

Şərhlər