Nov 05, 2019 19:34 Asia/Baku
  • İraqın baş naziri təhlükəsizliyin təmini vacibliyini vurğulayıb
    İraqın baş naziri təhlükəsizliyin təmini vacibliyini vurğulayıb

İraqın baş naziri bu ölkədə vəziyyətin adi şəraitə qayıtması üçün xüsusi tədbirlərin görülməsi və təhlükəsizliyin təmin edilməsini istəyib.

Adil Əbdulməhdi bu gün yüksək vəzifəli iraqlı məsul şəxslərin iştirakı ilə keçirilən bu ölkənin son olaylarının araşdırılması iclasında onlarla nizam-intizam və təhlükəsizliyin qorunması üçün lazımi ölçülərin götürülməsi, eləcə də qanunvericilik və məhkəmə hakimiyyətlərinin hökumətin və təhlükəsizlik xidmətlərinin səylərinə dəstək vermələri zərurəti ətrafında fikir mübadiləsi aparıb.

Belə bir halda, İraq məclisinin maliyyə komissiyasının müxbir üzvü Əhməd Səffar deyib: İraq xalqının tələblərinə cavab istiqamətində kürdlərin xahişlərinə də şamil olan ölkə büdcəsinin ilkin mətni hazırdır və Bağdad və Ərbilin yekun razılaşmasını gözləyir.

İraq mediaları da İraq Kürdüstanı demokrat partiyasının sədri Məsud Barizanınin bu ölkənin prezidenti Bərhəm Salih ilə görüşündən xəbər veriblər.

Digər bir xəbərə görə, İraq parlamenti qəbul edib ki, əsas qanunun dəyişdirilməsi və islah edilməsi üçün parlament komitəsi yaradılsın.

 

 

Teqlər

Şərhlər