Nov 05, 2019 21:53 Asia/Baku
  • İraqlı aksiyaçılar sıralarına soxulmuş yad şəxsləri uzaqlaşdırmağa çalışırlar
    İraqlı aksiyaçılar sıralarına soxulmuş yad şəxsləri uzaqlaşdırmağa çalışırlar

İraqda aksiya keçirənlər yad şəxsləri öz sıralarından uzaqlaşdırmağa çalışırlar. Yad şəxslər dünən gecə İraq hökumətinin rəsmi telekanalının yaxınlığında Bağdadın mühüm hissələrindən birini yandırdılar.

Dünən gecə aksiyaçılar arasındakı yad şəxslər İraqın rəsmi telekanalının ətrafındakı əksər mağazaları yandırıblar. Və ondan sonra İraq ədliyyə nazirliynə tərəf gedərək, hərbi qüvvələrlə toqquşdular ki, dinc aksiyaçıların imicinə xələl gətirmiş olsunlar.

m.k- Aksiyanın 90 faizindən çoxu dinc mahiyyətlidir, amma bir qrup bu etirazlara xələl gətirmək üçün əlindən gələni əsirgəmir. Biz həmin qrupla müvafiq deyilik.

m.k- İraq çox əziyyət çəkib və bir çox problemlərə dözüb. Biz hökumətin problemlərə üstün gəlməsini və işsiz gənclərin dadına çatmasını istəyirik.

Əksər aksiyaçıların hökumət və qeyri-hökumət idarələrinə basqınla müxalif olmalarına rəğmən, bir qrup gənc virtual mühitin, həmçinin Amerikanın Əlhuriyyə və ərəbistanın Əlhəds peyk telekanallarının təsiri altında qərar tapıb və sızan şəxslər də bu gənclərdən sui-istifadə edərək, vəziyyəti təhlükəli ediblər.

m.k- Biz Amerikaya deyirik ki, xalqın tələblərindən sui-istifadə edə bilməzsən. Hərçənd aksiyalarda bəziləri Amerikanı müşayiət edirlər, amma bu xalqın əksər hissəsi mərcəiyyətin fərmanı altındadır və tezliklə həmin etirazçılar yad şəxsləri aşkar edərək, hökumət qüvvələrinə təhvil verəcəklər.

Bir qrup naməlum şəxsin əhalini ümumi tətildə iştirak etdimək üzrə səyinə rəğmən, bu gün Bağdaddakı əksər mağazalar açıq idilər və Bağdadda həyatın ruhunu iflic etmək istəyən iğtişaçıları müşayiət etmədilər.

 

 

 

Şərhlər