Nov 06, 2019 09:13 Asia/Baku
  • Bağdadda komendant saatı ləğv edilib

Bağdad əməliyyat qərargahının komandanı bu şəhərdə komendant saatını tam şəkildə ləğv edib.

İraqlı mənbələr bu gün səhər tezdən bildiriblər ki, Bağdad əməliyyat qərargahının komandanı Qeys Muhəmmədavi vətəndaşlarla təhlükəsizlik qüvvələri arasındakı həmkarlığa görə, Bağdadda komendant saatını ləğv edibdir.

Bağdad əməliyyat qərargahının komandanı oktyabrın 28-dən bəri və bu şəhərdəki etirazların və çaxnaşmaların ardınca gecə saat 12-dən səhər saat altıyadək Bağdadda komendant saatının bərqərar edildiyini bildirmişdi.

İraqın bəzi şəhərləri, o cümlədən Bağdad son həftələr ümumi xidmətlərin yarıtmaz durumuna, məşğulluq fürsətlərinin olmamasına və korrupsiyaya etiraz olaraq keçirilən aksiyaların şahididir. Amma bu etirazlar son günlər zorakılığa çevrilib və onlarla nəfər ölüb və yaralanıbdır.

Faktlar göstərir ki, İraqdakı aksiyalar təbii olmayıb və onların formalaşmasında əcnəbilərin rolu olubdur.

 

Şərhlər