Nov 06, 2019 10:43 Asia/Baku
  • BMT: Hər 11 dəqiqədən bir, bir yəmənli uşaq ölür

BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi dünən gecə Yəmən savaşının uşaqlara ağır tələfat vurduğunu bildirib. Qeyd edib kii, hər 11 dəqiqədən bir, bir yəmənli uşaq həyatını itirir.

BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi onu da qeyd edib ki, əksər yəmənli uşaqlar su və qida çatışmazlığı üzündən həyatını itirir.

Yəməndə təqribən on bir milyon uşaq yaşayır. Onların demək olar ki, hamısı humanitar yardımlara ehtiyaclıdır.

Ərəbisatn ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin dəstəyi ilə 2015-ci ilin martından Yəmənə qarşı hərbi təcavüz edərək, bu ölkəni mühasirəyə alıbdır. Səudiyyə Ərəbistanı və onun müttəfiqləri bu günə qədər Yəməndə on minlərlə insanın ölümünə və milyonlarla yəmənlinin didərgin düşməsinə, həmçinin qida və dərman çatışmazlığına səbəb olublar.

Şərhlər