Nov 07, 2019 17:44 Asia/Baku
  • Livan xalqı şose yollarının yenidən açılmasını alqışlayıb
    Livan xalqı şose yollarının yenidən açılmasını alqışlayıb

Livanın təhlükəsizlik qüvvələri aksiyaçılar tərəfindən bağlanmış şose yollarından bir çoxunu açıblar. Bu da əhalinin sevincinə səbəb olubdur. Aksiyaçılar bu yolları onların tələblərinə cavab vermələri üçün rəsmiləri təzyiq altında qoymaqdan ötrü bağlamışdılar.

Husəyn İzzəddin, Əlaləm-in Beyrutdakı müxbiri xəbər verir:

Bəzi etirazçılar tərəfindən Livan bölgələrindən bir çoxunda hədəfsiz surətdə bağlanmış şose yollarının açılması qərarı nəzərəcarpacaq seinclə qarşılanıb. Zira camaatın yaşayışını iki həftədən çox idi ki, dayandırmışdı. Şose yollarının bağlanması vətəndaşların haqlı tələblərindən daha geniş rəftarlarla yanaşı idi.

Beyrut informasiya mərkəzinin başçısı Mubarək Bizun deyib: Şose yollarının və adi yolların bağlanması əhalinin və etirazçların hərəkətinə ziyan vurur və onun səbəbləri də aydındır, zira bu şose yolları əlaqə yollarıdır və belə bir addım yalnız bu hərəkəti öz həqiqi yolundan və etirazların real məişət tələbindən yayındıraraq, hamı üçün aydınlaşmış digər siyasi səmtlərə doğru sövq etdirmək istəyən şəxslərin xeyrinədir.

Hərçənd bəziləri şose yollarının bağlanmasına dair mövqelərində israrlıdırlar və daha kəskin addımların atılacağı ilə hədələyirlər, amma vətəndaşlar təhlükəsizlik qüvvələrinə təşəkkür ediblər və deyiblər ki, vətəndaşların hüquqları əhalinin gediş-gəliş azadlığının özü də bir qrupun maraqları xatirinə müsadirə olunmasında deyil. Vətəndaşlar deyiblər ki, bu etiraz öz yolu və hədəflərindən yayınıbdır.

Etirazçılardan biri deyib ki, digər vasitə və addımlar mövcuddur və onları qəfildən haqlayacağıq.

Amma bir Livan vətəndaşı deyib: Gediş-gəliş azadlığı bütün dünya ölkələrində təmin edilibdir. Həyatım boyu əsla görməmişəm ki, başqa ölkələrdə şose yollarını bağlasınlar.

Başqa bir vətəndaş isə vurğulayıb ki, etirazçılar şose yolları və adi yolları bağlamamalı və camaatın həyatını dayandırmamalı və öz etirazlarını meydanlarda deməlidirlər.

Livanın paytaxtı Beyruta qovuşan əksər bölgələrdəki şose yollarının və adi yolların yenidən açılması əməliyyatı həyata keçdi, amma bu əməliyyat daim xüsusən Beyrutun şərqində etirazçılarla ordu qüvvələri arasındakı qarşıurma ilə yanaşı olub və ordu qüvvələri nəhayət bu məsələyə son qoya bildilər. Onlar etirazçıları əsas küçə və prospektlərdən uzaq nöqtələrə rədd edərək, şose yollarının bağlanması üçün istifadə olunan bəzi təchizatları və səsgücləndiricilərini müsadirə etdilər.

Şərhlər