Nov 08, 2019 08:46 Asia/Baku
  • İraq hökuməti ciddi islahatlar aparacaq
    İraq hökuməti ciddi islahatlar aparacaq

İraqın baş naziri dünən gecə bildirib ki, bu ölkənin hökuməti ciddii islahatlarla bütün maliyyə problemlərini ədalətlə həll edəcək.

Adil Əbdulməhdi İraqın 2020-ci il büdcəsinin araşdırılması iclasından sonra deyib ki, hökumət İraq iqtisadiyyatını elmi və düzgün şəkildə idarə edə biləcək bir büdcə tənzim etməyə çalışır.

O, əlavə edib: İraq hökuməti ölkənin qeyri-neft gəlirlərinin artırılması proqramını ön plana çəkibdir.

İraqın bəzi vilayətləri, o cümlədən Bağdad son həftələr ümumi xidmətlərin yarıtmaz durumuna, məşğulluq fürsətlərinin olmamasına və korrupsiyaya etiraz olaraq keçirilən aksiyaların şahididir. Amma bu etirazlar son günlər zorakılığa çevrilib və onlarla nəfər ölüb və yaralanıbdır.

İraqda aksiyalar elə bir halda davam etməkdədir ki, bu ölkənin hökuməti ötən bir ay ərzində nümayişçilərin tələblərinə yönəlmiş dörd paket təqdim edibdir.

Faktlar göstərir ki, İraqdakı aksiyalar təbii olmayıb və onların formalaşmasında əcnəbilərin rolu olubdur.

 

 

Teqlər

Şərhlər