Nov 10, 2019 17:05 Asia/Baku
  • Livanın milli valyutasının dəyəri 20% azalıb
    Livanın milli valyutasının dəyəri 20% azalıb

Neçə həftədir ki, Livan, xalq etirazlarına qərq olub. Bu ölkə xalqı öz hökumət rəsmilərinin fəaliyyət tərzinə etiraz edir. Onlar bu günlər öz aksiyalarını Livan Mərkəzi Bankının qarşısında bu ölkənin milli valyutası dəyərinin azalmasına etiraz olaraq keçirirlər.

Livanın milli valyutasının dəyəri 20% azalıb

Livan prezidenti Mişel Oun bu kəskin azalmadan sonra mərkəzi bankın baş direktorunu və Livanda yerləşən banklar birliyinin üzvlərini fövqəladə iclasa çağırdı.

Livan Mərkəzi Bankı qanun əsasında pul siyasətlərində məsuliyyət daşıyır. Milli valyutanın 20% azalması adi bir iş deyildir. Korrupsiya barədə mərkəzi bankın baş direktoru Riyad Səlaməyə vurulan ittihamdan və sabiq baş nazir Fuad Seniorenin istintaq edilməsindən sonra bu hadisə baş verir. Əlbəttə, Livanın beynəlxalq banklarında pay sahibi olan amerikalılar xüsusiyyət təşkil etməklə xarici müdaxilələr açıq-aşkar görünür.

Livanlıların bu gün bu ölkənin müxtəlif şəhərlərindəki etiraz aksiyaları da bankların qarşısında keçirilir.

Bir dollar əvvəllər 1500 lirə idi. İndi isə 1800 lirə olubdur. Bəziləri öz siyasi məqsədlərinə çatmaq üçün bu hərəkətlə ölkəni iltihablı etmək istəyirlər. Məhkəmə aparatı bu korrupsionerlərlə ciddi davranmalıdır.

Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasim korrupsiya ilə mübarizəyə və iqtisadi dəyişikliyə təkid edərək, deyib:

Hizbullah xalqın nigarançılıqlarının təmini və korrupsiya ilə mübarizə sahəsindəki rolunu davam etdirəcək. Bizim məclis və hökumətdəki iştirakımız bu tələblərin yerinə yetirilməsi üçündür. Xalqın ağrıları aradan qaldırılmalıdır.

Dünən gecə də təxribatçı bir hərəkətdə Livan parlamentinin vebsaytı kiberhücuma məruz qalaraq, əlçatmaz olubdur.

Livan parlamenti qərar üzrə bu həftə iclas keçirməlidir. İclasda bu ölkənin iqtisadi durumu araşdırılmalı və onun yaxşılaşdırılması barədə layihə qəbul olunmalıdır.

 

 

Şərhlər