Nov 10, 2019 20:45 Asia/Baku
  • Yəməndə vəhdət həftəsi şənliyinin cilvələri
    Yəməndə vəhdət həftəsi şənliyinin cilvələri

Yəməndə Böyük İslam Peyğəmbəri(s.ə.s)-in mövlud şənliyi yüz minlərlə yəmənlinin iştirakı və əzəmətlə Səna küçələrində keçirilib.

Böyük İslam Peyğəmbəri(s.ə.s)-in mövludu yəmənlilər üçün özəl bir münasibət və Yəmən tarixi bu xalqın Həzrət Muhəmməd Mustəfa(s.ə.s)-ə və o həzrətin pak xanədanına məhəbbətinin bəyanedicisidir.

Bu böyük insan qrupunun səud qırıcılarının təhdid və bombardmanları ilə bir zamanda küçələrdə iştirakı Yəmən xalqının İslamın əziz Peyğəmbəri(s.ə.s)-ə və onun pak xanədanına olan məhəbbəti və sədaqətinin bir güşəsini açıb göstərir.

Yəmən vətəndaşı deyir: Yəmənlilərin İslam Peyğəmbəri ilə bağlılığı uzun keçmişə və inama malikdir. Və bu böyük xalq şənliyi Yəmən xalqının eşqinin əzəmətinin bir hissəsi və dünya xalqlarına aşkar bir ismarıcıdır ki, bütün Yəməndə dalğalanır. Hərçənd vəhhabilər yəmənliləri bu çox qiymətli irsdən uzaqlaşdırmağa çalışdılar, amma yəmənlilər pak suyu həmişə bulaqdan içirlər.

Bu böyük şənlik Yəmənin digər əyalətlərində də keçirilir və bu xalqın tarixinə qızılı bir vərəq əlavə oldu ki, vəhdət və birliklə bir şüarı göylərə ucaltsınlar: Ləbbeyk, ya Rəsul Allah(s.ə.s.)!

Yəmən vətəndaşı deyir: Bu ümumölkə toplantısının daxil və xaric, eləcə də dost və düşmən üçün ismarıcı budur ki, yəmənlilər özlərinin bütün siyasi bacarıq və yanaşmaları ilə, Sənanın Səbəin meydanı daxil olmaqla Yəmənin əksər meydanlarına toplaşırlar desinlər ki, Yəmən xalqı təcavüzkarlar qarşısında vahid bir xalqdır. Bu vəhdət ötən beş ildən bəri təcavüzkarları çaş-baş qoydu və gələcəkdə də qorunub saxlanacaqdır ki, təcavüzkarlar və işğalçılar biabırçı şəkildə Yəməni tərk etmiş olsunlar.

Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin eyş-işrətdə olduqları bir halda, yəmənlilər özlərinin Rəsul Allah(s.ə.s.)-ə və o həzrətin xanədanına olan eşq və məhəbbətlərini artırırlar. Yəmənlilər eşq və sədaqət əlaməti olaraq, ölkənin 10-dan çox əyalətində gələcəkdə qələbələr əldə etmək üçün böyük bir sərmayə olan səhnələri təsvirə çəkdilər.

 

 

 

Şərhlər