Noy 12, 2019 17:34 Asia/Baku
  • İşğal olunmuş ərazilər 80-dən çox raketlə hədəfə alnıb; onlarla sionist yaralanıb
    İşğal olunmuş ərazilər 80-dən çox raketlə hədəfə alnıb; onlarla sionist yaralanıb

Fələstinin müqavimət qüvvələri sionist rejim ordusu tərəfindən Fələstin İslam Cihadı Hərəkatının komandanlarından birinin şəhid edilməsinə cavab olaraq, səksəndən çox raketlə şğal olunmuş əraziləri hədəfə alıblar. Bu əməliyyat nəticəsində indiyədək onlarla sionist qəsəbə sakini yaralanıb.

Sionist rejim bu gün səhər Qəzzə zolağının şərqinə hücum edərək, İslam Cihadı Hərəkatının komandanlarından olan Bəha Əbu Ələtanı və onun həyat yoldaşını şəhid ediblər. Sionistlər həmçinin daha üç nəfəri, o sıradan onların iki övladını yaralayıblar. Yaralıların vəziyyəti ağır elan olunub.

Digər tərəfdən, sionist rejim mediaları bildiriblər ki, bu gün səhərdən bəri Qəzzə zolağından sionist qəsəbələrə tərəf səksəndən çox raket atılıbdır.

Sionist rejim ordusu etiraf edibdir ki, “Dəmir Qübbə” təkcə 20 raketin izinə düşə bilibdir.

Sionist medialar onlarla sionist qəsəbə sakininin yaralandığını bildirib və qeyd ediblər ki, Təl-Əviv, Əsqəlan, Sedirot, Netifut şəhərlərində və Qəzzə zolağının ətrafındakı qəsəbələrdə təhlükə siqnalı səsləndirilibdir.

Bu məlumatlara görə, həmçinin sığınacaqlara girməkdən irəli gələn izdiham nəticəsində on beş və hücumlardan yaranan şok nəticəsində on üç sionist qəsəbə sakini bədən xəsarəti alıbdır.

 

 

Teqlər

Şərhlər