Nov 13, 2019 08:24 Asia/Baku
  • Amerika sionist rejimin Qəzzədəki cinayətlərinə dəstək verib

Amerikanın saziş müzakirələri məsələləri üzrə nümayəndəsi dünən gecə sionist rejimin Qəzzə zolağına qarşı terror hücumlarına dəstək verərək, müqavimət qüvvələrinin bu hücumlara cavabını pisləyibdir.

Avri Berkovits tvitter-də fələstinli müqavimə qruplarını terrorçu adlandırıb. Vurğulayıb ki, Amerika öz şəriki və müttəfiri sionist rejimə tam dəstək verir.

Almaniya hökuməti də dünən gecə sionist rejimin Qəzzəyə qarşı hücumlaını pisləmək yerinə, Fələstin müqavimətinin sionistlərə qarşı raket cavabını pisləyib.

Qərb ölkələri, xüsusən də Amerika sionist rejimin Fələstinin məzlum xalqına qarşı işğalçılıq və cinayətlərinin əsas himayədarlarıdırlar.

Sionist rejim dünən səhər tezdən Qəzzə zolağına qarşı hücumlarının yeni mərhələsinə başladı.

Bu hücumlarda indiyədək azı on bir fələstinli, o sıradan Fələstin İslam Cihadı Hərəkatının hərbi qolu olan Qüds batalyonlarının baş üzvü Bəha Əbuləta şəhid olub, onlarla fələstinli də yaralanıbdır.

Sionist rejim qırıcıları və pilotsulzları hələ də Qəzzə zolağının müxtəlif bölgələrini bombalayırlar.

Fələstin müqaviməti də sionist rejimin hücum və cinayətlərinə cavab olaraq, indiyədək Qəzzədən işğal olunmuş ərazilərə tərəf 190-dan çox raket atıbdır.

Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejim tərəfindən quru, hava və dənizdən mühasirə olunub və bu zolağın sakinləri bir çox problemlə üzləşirlər.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli də şəhid olub və yaralanıbdır.

 

Şərhlər