Nov 14, 2019 10:45 Asia/Baku
  • Sionistlərin Qəzzəyə qarşı hücumlarında bir fələstinli ailənin 6 üzvü şəhid olub
    Sionistlərin Qəzzəyə qarşı hücumlarında bir fələstinli ailənin 6 üzvü şəhid olub

Sionist rejimin cümə axşamı günü səhər Qəzzə zolağının mərkəzində yerləşən Dəyrulbələh bölgəsinə qarşı hücumlarında bir fələstinli ailənin 6 üzvü şəhid olub.

IRNA-nın məlumatına görə, bu hücumlarda 12 nəfər də yaralanıbdır.

Sionist rejim çərşənbə axşamı günü səhərdən Qəzzə zolağına qarşı hücumlarının yeni mərhələsinə başlayıbdır.

Bu hücumlarda indiyədək azı 32 fələstinli, o cümlədən Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Quds batalyonlarının yüksək səviyyəli üzvü Bəha Əbu əl-Əta şəhid olub, yüz fələstinli də yaralanıbdır.

İndiyə kimi bir çox ölkə və beynəlxalq təşkilat bu hücumları pisləyibdir.

BMT-nin baş katibi Antonio Quterres çərşənbə günü gecə sionist rejimi Fələstin xalqına qarşı insan haqlarının pozulmasına son qoymağa çağırıb.

Qəzzə zolağı 2006-cı ildən bəri sionist rejimin quru, hava və dəniz mühasirəsi altındadır və bu zolağın sakinləri bir çox problemlə üzləşirlər.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında minlərlə fələstinli şəhid olub və yaralanıbdır.

 

Teqlər

Şərhlər