Nov 15, 2019 13:07 Asia/Baku
  • ABŞ-ın Suriyanın şimal-şərqindəki işğalçılığı
    ABŞ-ın Suriyanın şimal-şərqindəki işğalçılığı

Suriyanın BMT-dəki nümayəndəsi Amerikanın Suriyanın şimal-şərqindəki hərəkətlərini işğalçılıq adlandırıb.

Bəşşar Əlcəfəri Təhlükəsizlik Şurasının Suriyanın durumunun araşdırılması üzrə iclasında deyib ki, Amerikanın işğalçılığı və Suriyanın neft yataqlarına silahlı yiyələnməsi müşahidəediləsidir.

Bəşşar Əlcəfəri əlavə edib: BMT Təhlükəsizlik Şurasına üzv ölkələr Suriyanın suverenliyinin və ərazi bütövlüyünün qorunasına sadiq qalmalıdırlar.

Suriyanın BMT-dəki nümayəndəsi vurğulayıb: Təhlükəsizlik Şurasında təfriqə səviyyəsi o həddə çatıbdır ki, onun bəzi üzvləri İŞİD başçısı Əbubəkr Əl-Bəğdadinin öldürülməsinə görə, özlərini qəhrəman kimi göstərirlər.

Suriyanın BMT-dəki nümayəndəsi deyib: Dəməşq Suriya xalqına qarşı iqtisadi sanksiyaların dərhal ləğv edilməsini istəyir və bu sanksiyalar suriyalılara qarşı iqtisadi terrorizm sayılır.

Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski də Təhlükəsizlik Şurasının Suriya barədəki iclasında deyib ki, Suriya tez bir zamanda xarici hərbi qüvvələrin qanunsuz iştirakından azad olmalıdır.

Amerika Suriyanın neft yataqlarını qorumaq bəhanəsilə bu ölkənin qanuni hökumətinin icazəsi olmadan bir qrup hərbçisini Suriyanın şimal-şərqində yerləşdiribdir ki, bunun özü, bir növ qəsbkarlıq hesab olunur.

 

 

Teqlər

Şərhlər