Nov 15, 2019 19:59 Asia/Baku
  • B.Əsəd: Suriya heç vaxt bölünməyəcək
    B.Əsəd: Suriya heç vaxt bölünməyəcək

Suriya prezidenti bildirib ki, hökumət heç bir vəchlə Suriyanın bölünməsilə razılaşmayacaq.

Bəşşar Əsəd "Rossiya 24" telekanalı ilə müsahibədə bildirib ki, İŞİD Amerikanın istəyi ilə meydana gəldi və bu ölkənin himayəsilə fəaliyyət göstərdi. O, deyib: Amerika İŞİD terrorçularından Suriya ordusunu hədəfə almaq üçün bir vasitə kimi istifadə edirdi.

Suriya prezidenti əlavə edib: Ben Laden, Əbubəkr Əlbəğdadi, ağpapaqlıların təsisçisi öldürülməlidirlər, zira onların istehlak müddəti bitibdir. Onlar Amerikaya görə, açılmamalı olan gizli sirlərə malikdirlər.

Suriya prezidenti bu ölkə kürdləri barədə isə belə deyib: Türkiyənin Suriyanın şimalında keçirdiyi "Sülh bulağı" əməliyyatından sonra Suriya hökuməti ilə bu ölkə kürdləri arasındakı əlaqələrin yaxşılaşması ilə Vaşinqton Dəməşq ilə kürdlər arasında dialoqa mane olmaq istəyir.

Teqlər

Şərhlər