Nov 17, 2019 14:52 Asia/Baku
  • ABŞ-ın hərbi karvanlarının Suriyanın şimal-şərqinə girişi davam edir
    ABŞ-ın hərbi karvanlarının Suriyanın şimal-şərqinə girişi davam edir

ABŞ hərbçilərindən ibarət digər bir karvan Suriyanın şimal-şərqində yerləşən Həsəkə vilayətinin Qamışlı şəhərinə daxil olub.

Amerikalı hərbçilərin karvanı İraq Kürdüstanından Suriyanın şimal-şərqinə daxil olubdur.

Üç gün bundan öncə də amerikalı hərbçilərdən ibarət bir karvan Suriya-İraq sərhədindən keçərək, bu ölkənin şimal-şərqindəki neft yataqlarının yaxınlığında yerləşdi.

ABŞ hərbçilərinin Suriyadan çıxmaları planına rəğmən, Amerika Suriya-İraq sərhədi yaxınlığında yerləşən Əl-Tənf hərbi bazasına nəzarəti qoruyub saxlamaq niyyətindədir. Amerika həmçinin Suriyanın neft yataqlarının terrorçular tərəfindən yenidən nəzarətə alınmasının qarşısını almaq bəhanəsilə hərbi şirkətlərin podratçılarını Fərat çayının şərqində yerləşən neft quyuları və qaz yataqlarının yaxınlığında saxlamaq istəyir.

Suriya prezidenti Bəşşar Əsəd son zamanlar Amerikanı nasist Almaniyası rejiminə bənzədərək dedi ki, Vaşinqton Suriyanın neftini oğurlamaqla məşğuldur.

Son illər Suriyanın neft və qaz yataqlarının əksər hissəsi öncə İŞİD terror qruplaşması və sonra da Suriya demokratik qüvvələrinin əlinə keçibdir.

Hazırda Amerikanın özü terrorçuların Suriyanın bu bölgəsinin neft satışından irəli gələn gəlirləri qarət etmək üzrə metodunu seçibdir.

 

Teqlər

Şərhlər